1fe0a689-c0a7-4690-a814-f224d15fdb06..jpg

Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verildi – FOTO

Baxış sayı: 863 dəfə baxılıb.

Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verildi
– FOTO

Futbol üzrə Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin
adı verilib.

Futbol bazasının açılışında çıxış edən Argentina Futbol Assosiasiyasının
prezidenti Klaudio Tapia bildirib ki, kompleksdə Argentina millisinin əsas
komandası və ölkəni digər yaş qruplarında təmsil edən komandalar yerləşəcək.

“Burada məşq və yüksək səviyyəli tibb məntəqəsi fəaliyyət göstərəcək. Bu
kompleks Lionel Andres Messinin adını daşıyacaq”, – deyə Klaudio Tapia bildirib.

Mərasimdə iştirak edən Lionel Messi isə bildirib ki, yeni futbol bazasının
açılışına şahidlik etdiyi üçün özünü xoşbəxt hiss edir.

“Mən o şəxslərdənəm ki, insanlara sağ ikən qiymət verilməsinin tərəfdarıyam”,
– deyə 35 yaşlı futbolçu bildirib.

Mənbə: Sports.ru

Source link