8b34ff12-3306-4d49-b123-ba9ff4a64f0e..jpg

“Arsenal”ın təyyarəsi alovlandı: Uçuş təxirə salındı – FOTO

Baxış sayı: 750 dəfə baxılıb.

“Arsenal”ın təyyarəsi alovlandı: Uçuş təxirə salındı – FOTO

“Arsenal”ın qadın komandasını Çempionlar Liqasında Almaniyanın “Volfsburq”
klubuna qarşı matçdan sonra İngiltərəyə qaytarmalı olan təyyarədə yanğın baş
verib.

Hadisə təyyarə havaya qalxarkən yaşanıb. Bu zaman öncə “hava gəmisi”ndən böyük
bir zərbə səsi gəlib. Daha sonra təyyarə alovlanıb.

Yanğın nəticəsində uçuş təxirə salınıb və bütün sərnişinlər təxliyə olunublar.
Yanğında heç kim xəsarət almayıb.

Komanda Londona bazar ertəsi qayıda bilib.

Təyyarənin motoruna bir quşun daxil olması səbəbindən problemin yaranması qeyd
olunub.

Mənbə: sports.ru

Source link