7c2ad2ec-b577-4d7b-b6f8-369d6458ae5d..jpg

Artur Ağacanov: “Qarabağın gələcəyi Azərbaycanla bağlıdır”

Baxış sayı: 626 dəfə baxılıb.

Artur Ağacanov: “Qarabağın gələcəyi Azərbaycanla bağlıdır”

“Qarabağ erməniləri Azərbaycanın iqtisadi imkanlarından istifadə edib daha
yaxşı yaşaya bilərlər”.

Bunu “Report”a açıqlamasında Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur
Ağacanov deyib.

“Reinteqrasiyaya başlamaq üçün yeni eskalasiya lazım idimi? Yenidən qan
tökülməsinə ehtiyac var idimi? Niyə bu xunta 2020-ci ildən sonra mülki əhalini
girov saxlayaraq Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmadı və müdafiə
ordusunu ləğv etmədi? 44 günlük müharibədən sonra 3 il vaxt itirildi. Biz başa
düşməliyik ki, Qarabağın gələcəyi Azərbaycanla bağlıdır”, – deyə o bildirib.

Qarabağ Erməniləri Hərəkatının üzvü Valeri Yeritsyan isə bildirib ki, xunta
ucbatından itirilmiş təxminən üç il ərzində Qarabağda yaşayan ermənilərin
həyatını yaxşılaşdırmaq mümkün idi:

“Ermənistanın xuntaya verdiyi maliyyə yardımı yalnız hərbi ehtiyaclar üçün
istifadə olunurdu. Həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra insanlar
ağır sosial-iqtisadi şəraitdə yaşayıblar. Azərbaycanın 2020-ci ildə başlatdığı
Qarabağın bərpası prosesi ermənilərin yaşadığı şəhər və kəndlərə də təsir edə
bilər. Məhz xuntanın ucbatından biz üç il itirdik, bu müddət ərzində Qarabağda
ermənilərin həyatını yaxşılaşdırmaq olardı”.

Source link