c8a39815-5fb5-459a-8a92-5f5e6f859ad8..jpg

Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 172 dəfə baxılıb.

Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş – YENİLƏNİB +
FOTO/VİDEO

Bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşı üçün yığılan
pulları oğurlamaqda ittiham olunan Kamran İsmayılov narkotiklə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, taksi görüntüsü yaradaraq narkotiklərin satışı
ilə məşğul olurmuş. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı
avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma
zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla
araşdırılan Mahal adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla
ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə
məşğul olub.

Xatırladaq ki, K. İsmayılov daha əvvəl xərçəngdən əziyyət çəkən və bu ilin
yanvar ayında vəfat edən keçmiş həyat yoldaşı Aytən İsmayılzadənin kartına
toplanmış pulların oğurlamaqda ittiham olunurdu. Bu barədə A. İsmayılzadə
sosial şəbəkə hesabında yazaraq ərinin onun kartından 2400 manatın
oğurlandığını qeyd etmişdi.

DİN həmin şəxslə bağlı araşdırmalara başlanıldığını açıqlamışdı.

Qeyd edək ki, K. İsmayılovun ixtisasca informasiya texnologiyaları sahəsində
mütəxəssis olduğu bildirilir.

11:24

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə
baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti
istintaqla araşdırılan “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun
qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif
ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq
Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata
keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa
təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük
maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link