Arxeoloji ekspedisiyaların fəaliyyət müddəti artırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması
Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji
ekspedisiyalarda 60 (altmış) gündən) çox davam edərsə, ekspedisiya yenidən
yaradılacaq və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.
Bir ekspedisiyanın fəaliyyət müddəti arxeoloji ekspedisiyalarda ən çox 60
(altmış) gün) nəzərdə tutulacaq. İndiyə qədər bir ekspedisiyanın fəaliyyət
müddəti ən çox 30 (otuz) gün nəzərdə tutulurdu. Qərara əsasən, ekspedisiyanın
şəxsi heyətinə də dəyişiklik edilib. Arxeoloji ekspedisiyalarda 10 nəfər
mülki-hüquqi müqavilə əsasında işə götürülən işçi ekspedisiyanın şəxsi heyətini
təşkil edə biləcək.