bc9a0ade-4ceb-4a8d-ad29-33266a419b8a.jpg

Aşıq Samirə itirdiklərindən, sənətə gəlişindən DANIŞDI: “Həyatda çox yıxılmışam”

Baxış sayı: 272 dəfə baxılıb.

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Əməkdar mədəniyyət işçisi, aşıq Samirə
Əliyeva olub.

O, aşıq sənətinə yönəlməyində ailəsinin böyük rolu olduğunu söyləyib:

“Ailədə daim aşıq musiqilərinə qulaq asırdılar. Saza, sözə olan məhəbbəti
görə-görə məndə də maraq yaranmışdı. Tədbirlərdə fəal iştirak etsəm də, aşıq
olmaq niyyətində deyildim. Valideynlərim istəyirdilər ki, aşıq olum, başqa
müşayiətçilərə ehtiyacım olmasın”.

Samirə Əliyeva onu da vurğulayıb ki, bu sənət ona maraqlı gəlsə də, özünü heç
vaxt aşıq kimi təsəvvür etməyib:

“Mənim gözümdə aşıq deyəndə ağsaqqallar canlanırdı. Ona görə saz ifa etməyə
başlayanda ilk dərslərdə evə gəlib ağlayırdım ki, bu sənəti öyrənə bilmirəm. Nə
musiqini, nə də sözlərin dərinliyini, mənasını başa düşürdüm”.

Ətraflı süjetdə:

Aşıq Samirə itirdiklərindən, sənətə gəlişindən DANIŞDI:
“Həyatda çox yıxılmışam”
Aşıq Samirə itirdiklərindən, sənətə gəlişindən DANIŞDI: “Həyatda çox
yıxılmışam”

Source link