“AST Telman”ın hotelindən 10 qızılı dirək oğurlandı

“AST Telman”ın hotelindən 10 qızılı dirək oğurlandı

Baxış sayı: 3. 189 dəfə baxılıb.

Antaliyanın Kundu bölgəsində azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan və 2010-cu ildə “Dünyanın ən lüks hoteli” seçilən “Mardan Palace”də oğurluq hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın “Milliyet”ə istinadən xəbərinə görə, ötən gecə baş verən hadisədə oğrular hotelin qızılı rəngə boyanmış 10 dirəyini oğurlayıblar. 

Hotelin qarətə məruz qalması təhlükəsizlik işçilərinin işdən çıxarılması ilə əlaqələndirilib.

Polis oğruları axtarır.

Xatırladaq ki, sözügedən hotelin dirəkləri bir müddət öncə də oğurlanmışdı.

Qeyd edək ki, 2009-cu ildə azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən qurulan “Mardan Palace” 1.4 milyard dollara başa gəlib.

Hotel son illər sahibinin borclarına görə çətin günlər yaşayır.

Hotelin işıqlarının kəsildiyi və işçilərinin çıxarıldığı bildirilir. 

Artıq hotelin futbol meydançası da satışa çıxarılıb.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com