77e6ddb0-de17-4014-adbd-4a7612dd569d..jpg

Astarada Basketbol üzrə beynəlxalq turnir keçiriləcək

Baxış sayı: 710 dəfə baxılıb.

Astarada Basketbol üzrə beynəlxalq turnir keçiriləcək

20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3×3 basketbol üzrə
Dünya Qadın Seriyasının oyunları baş tutacaq.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 3×3 qadın milli
komandamızla yanaşı, artıq yarışda iştirak edəcək digər seçmə komandaların da
adlarına aydınlıq gəlib. Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya,
Ukrayna və Avstriya 3×3 qadın yığma komandaları ilə yanaşı, Çinin “Yuanda” və
yerli “Neftçi” klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, FIBA tərəfindən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında milli
komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir.

Source link