3b12054e-6707-4592-adfe-d26d06b55c0c..jpg

“Aston Martin”in rəhbəri: “Azərbaycan Qran-prisində maraqlı şou olacaq”

Baxış sayı: 871 dəfə baxılıb.

“Aston Martin”in rəhbəri: “Azərbaycan Qran-prisində maraqlı şou olacaq”

“Azərbaycan Qran-prisində maraqlı həftəsonu şousu olacaq”.

“Report”un məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış
edən “Aston Martin” komandasının rəhbəri Mayk Krak mövsümün dördüncü mərhələsi
barədə danışarkən deyib.

O bildirib ki, mövsümdə ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının riski
böyükdür:

“Çünki bolidiniz ciddi zərbə alsa, təmir etmək üçün kifayət qədər vaxtınız
olmayacaq. Sprintin ertəsi günü əsas yarış olacağından, təmirə cəmi 3-4 saat
ayrılacaq. Ancaq yenə də vəziyyət hamı üçün eynidir. Bakıda rəqibi ötmək o
qədər də çətin deyil. Döngələrdə risk etsəniz, daha yüksək qəza riski yaranar”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək. Ayın
29-da sprint yarışı təşkil olunacaq.

Source link