Atakama humanoidinin sirri açıldı

Atakama humanoidinin sirri açıldı

Baxış sayı: 4. 161 dəfə baxılıb.

Stenford Universitetindən olan genetik Qarri Nolan  Atakama humanoidinin genomunu deşifrə edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Araşdırma nəticəsində alimlər müəyyən edib ki, bəzilərinin yadplanetli kimi qələmə verdiyi “Atakama məxluqu”nun qalıqları əslində insan mənşəlidir.

Mumyanın heybətli xarici görünüşünə on minlərlə genində baş vermiş mutasiya səbəb olub.

Qeyd edək ki, Atakama humanoidi 15 santimetr hündürlüyündə olan mumiyadır. Normal insandan fərqli olaraq 12 deyil, 10 qabırğası var.  Kəllə sümüyü uzunsov şəkildə olduğundan yadplanetliləri xatırladır.

Kiçik ölçülü mumya 2008-ci ildə Çilinin qədim La-Noriya qəsəbəsinin viranəliyində “artefakt ovçusu” tərəfindən aşkarlanıb.

.
www.ÇıxışYolu.Com