ba0f140f-7d2a-42de-98ae-02e2ea1159e5..jpg

AVRO-2024: Avstriya millisi Azərbaycanla oyunda üçüncü qolu vurub – YENİLƏNİR + VİDEO

Baxış sayı: 1. 066 dəfə baxılıb.

AVRO-2024: Avstriya millisi Azərbaycanla oyunda üçüncü qolu vurub – YENİLƏNİR
+ VİDEO

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə
mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar.

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü
qoluna imza atıb.

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir.

00:50

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə
mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

Meydan sahibləri hazırda öndədirlər – 2:0

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

00:35

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə
mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.

Meydan sahibləri fasiləyə öndə yollanıblar – 2:0.

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

00:17

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə
mərhələsinin I tur oyununda iki qol vurulub.

Meydan sahibləri 28 və 29-cu dəqiqələrdə fərqləniblər.

Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan
yığmasını mərkəzə dəvət edib.

Avstriya seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

23:45

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə
mərhələsinin I tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə
edir.

22:26

AVRO-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və
Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Cixisyolu.com xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6.
Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp
Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23.
Qernot Trauner

Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul
Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11.
Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard
Almeyda, 21. Ozan Can Kökçü

Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq
qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Source link