014049db-52f5-4b1e-9a44-247e3248cdf4..jpg

AVRO-2024: Şotlandiya və İsveçrədən darmadağın – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 104 dəfə baxılıb.

AVRO-2024: Şotlandiya və İsveçrədən darmadağın – YENİLƏNİB + VİDEO

AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir.

Cixisyolu.com xəbər verir ki, bu gün daha üç oyun keçirilib.

D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistana 2:1 hesabı ilə qalib
gəlib.

İsveçrə səfərdə Belarusu darmadağın edib. Renato Şteffenin het-trik etdiyi
qarşılaşmada isveçrəlilər 5 cavabsız qolla qələbə qazanıblar.

İsraillə Kosova isə heç-heçəyə razılaşıb. Təl-Əvivdə keçirilən qarşılaşmada
tərəflər hərəyə bir dəfə fərqləniblər.

22:48

AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir.

Cixisyolu.com xəbər verir ki, bu gün A, D və I qruplarında ümumilikdə 7 matç
keçiriləcək.

Oyunlardan biri artıq baş tutub. A qrupunda Şotlandiya Kiprlə üz-üzə gəlib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Source link