b95f56dd-1e9f-4bb7-bbdd-9159aea96f1f..jpg

Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub

Baxış sayı: 966 dəfə baxılıb.

Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub

Aprelin 21-də Bakıda start götürəcək Avropa Badminton Konfederasiyasının
Konqresinin gündəliyi bəlli olub.

Bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, iki gün davam edəcək tədbirdə quruma üzv federasiyaların forumu
keçiriləcək.

Avropa badminton nümayəndə heyətlərinin sayca 56-cı illik iclasında 2024-cü
ildə Fransanın paytaxtı Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarına hazırlıq
dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə
olunacaq.

Konqresin devizi inklüziv badminton olub, bu idman növünün hər kəs üçün
əlçatanlığını tərənnüm etməkdir.

Qeyd edək ki, Bakı Avropa Badminton Konfederasiyasının ötən il Maltanın
paytaxtı Vallettada baş tutan illik toplantısında üç namizəd şəhər arasından
tədbirə ev sahibliyi etmək hüququ qazanıb.

Source link