Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanmaq şansını davam
etdirir – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən
Avropa çempionatında bürünc medal qazanmaq şansını davam etdirir.
Cixisyolu.com-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı
ardıcıl 3 rəqibini üstələsə də, yarımfinalda məğlub olub.
Final yolunda moldovalı Denis Vieruya uduzan Y.Nəcəfov bürünc medal uğrunda
Ukrayna təmsilçisi Boqdan Yadovla qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımızdan Balabəy Ağayev, Turan
Bayramov (hər ikisi 60 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52)
isə medal qazanmaq şansını itiriblər.
09:58
Azərbaycanın beş cüdoçusu bu gün Fransanın Monpelye şəhərində start götürəcək
Avropa çempionatında mübarizəyə başlayacaq.
Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla
Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.
Avropa çempionatı
Qadınlar
48 kq
Leyla Əliyeva – Lois Petit (Belçika)
52 kq
Gültac Məmmədəliyeva – Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr)
görüşünün qalibi ilə
Kişilər
60 kq
Balabəy Ağayev – Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya)
görüşünün qalibi ilə
Turan Bayramov – Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkuş
(Türkiyə) görüşünün qalibi ilə
66 kq
Yaşar Nəcəfov – Matteo Piras (İtaliya)
Qeyd edək ki, dünya çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan millisi
yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.