1542c1e7-600e-4f77-a953-04caa93a0cce..jpg

Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb

Baxış sayı: 641 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı
Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.

Cixisyolu.com-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı
yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü
göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala
yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə
gələcək.

77 kq-dakı Sənan Süleymanovun isə yarışı medalsız başa vuracağı dəqiqləşib.
Buna idmançının 1/8 finalda uduzduğu Joltan Levayın (Macarıstan) finala adlaya
bilməməsi səbəb olub.

Source link