71c6b4eb-1af5-4105-b1a3-162d1686e79e..jpg

Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub

Baxış sayı: 708 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf
şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

Cixisyolu.com-ın məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C
qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1
(25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup
birinciliyini təmin edib.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə –
Almaniya oyunları ilə yekun vurulacaq.

Source link