e3fe801e-0aca-44d5-be3f-13d85bcb68b9..jpg

Avropa çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq

Baxış sayı: 914 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına
yekun vurulacaq.

Cixisyolu.com-ın məlumatına görə, yarışın son günündə Azərbaycanın 4 yunan-Roma
güləşçisi medal görüşünə çıxacaq.

60 kq-da mübarizə aparan Nihat Məmmədli təsəlliverici qarşılaşmada
macarıstanlı Erik Torba ilə qarşılaşacaq.

67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov finalda gürcüstanlı Coni
Xetsurianini sınağa çəkəcək.

72 kq-da Ülvü Qənizadə də qızıl medal görüşünə çıxacaq. Onun rəqibi fransalı
İbrahim Qanem olacaq.

Nəhayət, 82 kq-da yer alan Rafiq Hüseynov bürünc medal uğrunda Branko
Kovaçeviç (Serbiya) / Roland Şvarts (Almaniya) cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq),
Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş
medalla kifayətləniblər.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa
çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş,
Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.
Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc
medala sahib çıxıb.

Source link