aed85a8e-d219-4e0f-bee7-53ab5389ac75..jpg

Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşdi

Baxış sayı: 825 dəfə baxılıb.

Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri
müəyyənləşdi

Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yunan-Roma
güləşi üzrə püşkatma mərasimi keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçilərinin də ilk rəqibləri
müəyyənləşib.

55 kq
1/4 final
Eldəniz Əzizli – Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan)

60 kq
1/8 final
Nihat Məmmədli – Edmond Nazaryan (Bolqarıstan)

63 kq
1/4 final
Taleh Məmmədov – Yakopo Sandron (İtaliya) / Kriştian Kekemeti (Macarıstan)

67 kq
1/8 final
Həsrət Cəfərov – Pedro De Morais (Portuqaliya)

72 kq
1/8 final
Ülvü Qənizadə – Andrey Kulik (Ukrayna)

77 kq
1/8 final
Sənan Süleymanov – Joltan Levay (Macarıstan)

82 kq
1/8 final
Rafiq Hüseynov – Mark Veber (İsveçrə)

87 kq
Təsnifat mərhələsi
İslam Abbasov – Turpal Maqamadov (Fransa)

97 kq
1/8 final
Arif Niftullayev – Artur Omarov (Çexiya)

130 kq
1/8 final
Sabah Şəriəti – Dariuş Vitek (Macarıstan)

Qeyd edək ki, yunan-Roma güləşi üzrə mübarizəyə aprelin 21-də start veriləcək.
İlk gündə 55, 63, 77, 87 və 130 kq-da yer alan güləşçilər çıxış edəcəklər.

Source link