94b56491-4b9d-439f-8289-493a052c8c7f..jpg

Avropa çempionatı: İki güləşçimiz finala çıxdı, Rafiq Hüseynov əzəli rəqibinə uduzdu – YENİLƏNİB

Baxış sayı: 1. 229 dəfə baxılıb.

Avropa çempionatı: İki güləşçimiz finala çıxdı, Rafiq Hüseynov əzəli rəqibinə
uduzdu – YENİLƏNİB

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Zaqrebdə keçirilən Avropa
çempionatında finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov
yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib.

72 kq çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə də yarımfinalda Türkiyə
təmsilçisinə – Selcuk Cana qalib gəlib.

Həsrət Cəfərov qızıl medal uğrunda Coni Xetsuriani (Gürcüstan), Ülvi Qənizadə
isə İbrahim Hassan Qanemlə (Fransa) görüşəcək.

“Klassik”lərin liderlərindən olan Rafiq Hüseynov isə finala yüksələ bilməyib.

82 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda əzəli rəqibi, Türkiyə
təmsilçisi Burhan Akbudağa məğlub olub.

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

60 kq-dakı Nihat Məmmədli isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini
sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla (Türkiyə),
63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah
Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə
Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

17:36

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam
edir.

Cixisyolu.com xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi
mübarizəyə başlayıb. İdmançılarımızın hər biri 1/8 finaldan yarışa start
götürüblər.

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond
Nazaryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 3:7 hesabı ilə məğlub olub.

67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya) qarşılaşıb və
2:1 hesablı qələbə qazanıb. O, 1/4 finalda norveçli Havard Yorgenseni 7:1
hesabı ilə üstələyərək yarımfinalda yarışmaq hüququ qazanıb.

72 kq-dakı Ülvü Qənizadə ilk görüşdə ukraynalı Andrey Kuliki 4:1, növbəti
mərhələdə bolqarıstanlı Deivid Dimitrovu 3:1 hesabı ilə məğlub edərək
yarımfinala adlayıb. Burada o, Selçuk Canla (Türkiyə) üz-üzə gələcək.

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov ilk görüşdə isveçrəli Mark Veberi
(İsveçrə) 8:0 üstələyib. 1/4 finalda o, ermənistanlı Samvel Qriqoryanın
kürəyini yerə vurub (3:2) və yarımfinala adlayıb. Rafiq finala yüksəlmək üçün
Burhan Akbudakla (Türkiyə) güləşəcək.

97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovla üz-üzə
gəlib. O, rəqibinə 1:2 hesabı ilə uduzub.

10:24

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam
edir.

Cixisyolu.com xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi
mübarizəyə başlayacaq. İdmançılarımızın hər biri 1/8 finaldan start verəcək.

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond
Nazaryanla üz-üzə gələcək. 67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə
(Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kuliklə (Ukrayna) güləşəcək.

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov isveçrəli Mark Veberin (İsveçrə), 97
kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovun müqavimətini
qırmağa çalışacaq.

Bu gün, həmçinin dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. 55 kq-dakı
Eldəniz Əzizli qızıl medal uğrunda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh
Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla
(Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə gürcüstanlı Laşa
Qobadzeylə bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və
Hacı Əliyev (70 kq) Avropa çempionu olublar, Osman Nurmaqomedovla (92 kq)
Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi
Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan Mariya Stadnik (50
kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıblar.

Source link