b66c1769-a9b3-4d6c-9fc2-bbe0ab167c73..jpg

Avropa Çempionatı Türkiyədə baş tuta bilər

Baxış sayı: 717 dəfə baxılıb.

Avropa Çempionatı Türkiyədə baş tuta bilər

2028-ci il Avropa Çempionatı Böyük Britaniya və ya Türkiyədə keçirilə bilər.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat
yayıb.

Məlumata görə, İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya və İrlandiya
Futbol Federasiyaları AVRO-2028-ə ev sahibliyi etmək üçün birgə ərizə təqdim
ediblər. Bundan əlavə, Türkiyədən müraciət qəbul edilib. Türkiyə Futbol
Federasiyası 2032-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün ərizə
göndərib. İtaliya hələ də Avro-2032-yə ev sahibliyi etmək iddiasındadır.

Qeyd olunur ki, yaxın aylarda UEFA administrasiyası hər bir müraciətə baxacaq
və UEFA İcraiyyə Komitəsi oktyabrda hər iki turnirə ev sahibliyi etmək hüququna
dair səs verəcək.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada keçiriləcək.

Source link