f2bd5d02-27a8-455f-99c7-5a64fc284161..jpg

Avropa İttifaqı Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirsin, Çin faktorunu nəzərə alsın – ŞƏRH

Baxış sayı: 850 dəfə baxılıb.

Avropa İttifaqı Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirsin, Çin faktorunu
nəzərə alsın – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqındakı (Aİ) Fransa, Almaniya kimi dövlətlərin Azərbaycana qarşı
mövqeyi heç nəyi dəyişmir. Avropada kim erməni havasına oynayırsa, özü ziyan
çəkir. Çünki Azərbaycanın Aİ ilə əlaqələri inkişaf etməkdədir.

Əsas məsələ də budur ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur. Əksinə, Aİ
Azərbaycandan asılı vəziyyətdədir. Bu gün Avropanın Azərbaycanın qazına
ehtiyacı var.

Beləliklə, yaxşı başa düşülməlidir ki, Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin əsas təminatçılarından biridir. Yox, Fransa və Almaniya kimi
ölkələr bunu başa düşüb yenə də öz dediklərində qalırlarsa, deməli, onlar
özləri Aİ-nin maraqlarına xələl gətirirlər.

Aİ üçün Azərbaycanın daha bir önəmli əhəmiyyəti də var. Belə ki, Aİ Mərkəzi
Asiya ilə əməkdaşlıq üçün strategiya qurur. Amma Avropadan Mərkəzi Asiyaya yol
Azərbaycandan keçir.

Yaxşı olardı ki, İttifaqdakı bəzi dairələr, ilk növbədə Fransa, Azərbaycan ilə
əlaqələrə böyük zərər vurmaqdan əl çəksin. Bəzi kiçik marionet ölkələr də bu
yolda canfəşanlıq göstərməkdənsə, öz dərdlərinə yansınlar.

Bəli, Prezident İlham Əliyev Qranadaya və Brüsselə getmədi. Bu, Avropanın
yanlış mövqeyinə qarşı məqsədyönlü bir addım idi. Buna görə məsuliyyət elə
Aİ-dəki ermənipərəst dairələrin üzərinə düşür.

Bütün bunları göz önünə alaraq, yaxşı olar ki, Avropa özü üçün bir suala cavab
versin:

Görəsən, Aİ Azərbaycanın tərəfdaşıdır, dostudur, yoxsa Azərbaycana qarşı
Ermənistanı dəstəkləyir? Fransa Qafqaz regionunda düşmənçilik və neokolonializm
siyasətini həyata keçirməyə çalışmaqla nəyi hədəfləyir? Aİ çoxdan Fransanı
cəzalandıraydı gərək. Çünki Paris Aİ-nin regional maraqlarının tamına cavab
vermir.

Hər halda, Aİ mövqeyini dəqiqləşdirsin. Dəqiqləşdirəndə onu da nəzərə alsın
ki, Azərbaycan regionun aparıcı və önəmli dövlətidir. Qarabağ məsələsinin tam
həllindən sonra Azərbaycan regionun lider dövləti kimi öz gücünü daha da yüksək
səviyyəyə çıxarıb. Azərbaycanla hesablaşmadan Aİ-nin maraqları nə Cənubi Qafqaz
regionunda, nə də Mərkəzi Asiyada təmin oluna bilər.

Aİ Cənubi Qafqazda fəal olmaq istəsə də, regional məsələlər “3+3” formatında
müzakirə olunur. Bu günə qədər bu format tam fəaliyyətə başlamırdı. Çünki
Azərbaycanla İran arasında gərginlik var idi. Amma İranla münasibətlər yoluna
qoyulduqdan sonra Azərbaycan dərhal “3+3” formatını canlandırdı və regional
məsələlər məhz bu şəkildə müzakirə olunacaq.

Bu gün Azərbaycan-Çin əlaqələri də dinamik inkişaf edir. Çin şirkətinin
Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkında olan açılışda Prezidentİlham
Əliyeviniştirakı da diqqət çəkirdi. Bu heç də təsadüfi deyildi. Bu, əslində,
Çinə olan diqqətin göstəricisi idi.

Çin Azərbaycana 81 milyon manat civarında investisiya qoyub, indiyədək hansı
Aİ ölkəsi gəlib Azərbaycana belə sərmayə qoyub? Heç biri. Aİ ölkələrinin
məqsədi ancaq Azərbaycanın təbii resurslarından pay almaq və burada Avropa
şirkətlərinin gəlib podratçı rolunda iştirak etməsindən ibarətdir. Almanlar da,
fransızlar da maraqlarına uyğun olanda öz iri şirkətlərini siyasi konyunkturaya
uyğun istiqamətləndirirlər. Eynilə Şərqi Avropada etdikləri kimi. Amma
Azərbaycanda bunu etmək istəmirlər, çünki Azərbaycanın inkişafı, sənaye və
iqtisadi potensialının artırılması onların marağında deyil. Ona görə Azərbaycan
üçün də onlarla tərəfdaşlıq maraqlı deyil.

Bildirmək lazımdır ki, bu gün Avropanın malik olduğu texnologiya daha ucuz və
keyfiyyətli şəkildə Çində mövcuddur. Bu gün Azərbaycan-Çin münasibətləri
sürətlə inkişaf edir. Bu xüsusda Prezidentin Çin Sədri Si Cinpin ilə
Səmərqənddə görüşü, Si Cinpinin Prezident İlham Əliyevi Çinin “böyük dostu”
adlandırması yada salınmalıdır. Cənab Prezidentin Si Cinpinə ünvanladığı təbrik
məktubunu da yada salmaq olar. Si Cinpin də bu günlərdə Prezidentə həmin
təbrikə görə təkrar məktub yazıb. Məktubda qeyd edilib ki, Azərbaycan-Çin
münasibətləri bu gün tarixdə özünün ən yüksək səviyyəsindədir və bu əlaqələr
daha da dərinləşəcək. Azərbaycan Çinlə birlikdə daha böyük layihələri həyata
keçirəcək.

Eyni zamanda, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (“Masdar” şirkəti) və
Səudiyyə Ərəbistanı (“Aqua Power” şirkəti) ilə böyük layihələri var. Bu
tenderlərdə Avropa şirkətləri də iştirak ediblər, amma rəsmi Bakı öz qardaş
ölkələrinə üstünlük verib.

Azərbaycanın öz daxili investisiya resursları və Çin, Türkiyə, Səudiyyə
Ərəbistanı, BƏƏ kimi tərəfdaş ölkələri var. Buna görə Azərbaycanın nə ABŞ-yə,
nə də Aİ-yə texnoloji və iqtisadi baxımından ehtiyacı var.

Aqil Vəlili

Source link