fed2133e-dc9b-4281-8478-28265eb54e87..jpg

Avropada ən çox axtarılan şəxslərdən biri Moskvada saxlanıldı

Baxış sayı: 1. 009 dəfə baxılıb.

Avropada ən çox axtarılan şəxslərdən biri Moskvada saxlanıldı

Avropada ən çox axtarılan şəxslərdən biri olan rusiyalı Ernest Hammer Rusiya
paytaxtı Moskvada saxlanılıb.

Ernest Hammer 13 il əvvəl Estoniyada “Cathouse” klubunun ziyarətçisinə bıçaqla
hücum etdiyi üçün 4 il həbs cəzasına məhkum edilib.

Lakin o, qaçmağa müvəffəq ola bilib. Həmçinin Ernest Hammer Avropanın ən çox
axtarılan adamlarından birinə çevrilib.

Evropol hətta bir müddət Hammerin şəklini zərflərin üzərinə həkk edib və
bununla cinayətkara müraciət ünvanlayıb.

“Hörmətli Ernest, biz səni tapmağa çalışdıq, ancaq sən çoxdan haradasa
gizlənmisən. Zəhmət olmasa, yenidən bizimlə əlaqə saxla. Ən xoş arzularla,
polis”, – deyə müraciətdə qeyd edilib.

40 yaşlı kişi Moskvada kameralar tərəfindən izlənilib. Nəhayət, o saxlanılıb
və artıq Estoniya İnterpoluna bu barədə məlumat verilib.

Mənbə: “SHOT” “Telegram”

Source link