Avropada qar çovğunu: 55 ölü

Avropada qar çovğunu: 55 ölü

Baxış sayı: 3. 377 dəfə baxılıb.

Güclü qar çovğunu Avropanın bir çox bölgələrində can almağa davam edir. Soyuq hava şəraiti ilə əlaqədar qitədə itki sayı artıq 55 nəfərə çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ən çox ölüm halları Polşada qeydə alınıb. Adı çəkilən ölkədə əksəriyyəti küçədə gecələyən evsiz insanlar olmaqla azı 21 nəfər həyatını itirib. Gecə saatlarında Varşavada termometrlər mənfi 15 dərəcəni (selsi) göstərib.  

Ekspertlərin dediyinə görə, ölüm halları şaxta ilə yanaşı, səfillərin isinmək üçün həddindən artıq spirtli içki qəbul etməsi ilə əlaqəlidir. 

Slovakiyada isə bazar günündən bəri 7 nəfər həyatını itirib. Çexiyada itki sayı 6 nəfər təşkil edir.

Litvada 5, Fransada 4, Serbiya və İtaliyada (hərəsinə) 2 nəfər həlak olub.

İspaniyada 3 qurbandan biri atılmış yük maşınında gecələyən səfil olub.

Bir çox ölkələrdə evsizlərin isinməsi və qidala təmin olunması üçün müvəqqəti sığınacaqlar qurulub.

Qar çovğunu eyni zamanda bir çox şəhərlərin quru və hava nəqliyyatını iflic edib.  İrlandiyada sərt küləklərin yüksək gərginlikli elektrik xəttlərini aşırmasından sonra 24 minə yaxın ev və təsərrüfat obyekti işıqsız qalıb.

.
www.ÇıxışYolu.Com