f991a433-0e57-44b7-81b0-adf5ad2608c3..jpg

Avropada qaz kəskin ucuzlaşdı

Baxış sayı: 930 dəfə baxılıb.

Avropada qaz kəskin ucuzlaşdı

Avropada təbii qazın qiyməti kəskin ucuzlaşıb.

Çərşənbə axşamı, martın 14-də keçirilən ticarət sessiyası zamanı mavi
yanacağın qiymətindəki eniş daha da sürətlənib və 10 faizə çatıb.

Bunu ICE birjasının məlumatları sübut edir. Belə ki, sessiya zamanı qiymət min
kubmetr üçün 500 dollardan da aşağı düşüb.

Axşam saatlarında TTF indeksi üzrə aprel fyuçersləri 9,7 faiz dəyər itirərək
min kubmetr üçün 495,6 dollara satılıb.

Sürətli azalmaya baxmayaraq, qazın qiymətləri uzun müddətli müşahidələr
ərzində qeydə alınan orta göstəricidən iki dəfə çoxdur.

Mənbə: lenta.ru

Source link