Avropanın “Top-5” liqalarının rəmzi komandası açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropanın “Top-5” liqalarında ötən həftənin rəmzi komandası açıqlanıb.
11-liyə İspaniya La Liqasından üç, Fransa Liqa 1-i, Almaniya Bundesliqası,
İtaliya A seriyası və İngiltərə Premyer Liqasının hərəsindən 2 oyunçu düşüb.
Həftənin rəmzi komandası belədir:
Qapıçı: Alban Lafon (“Nant”, Fransa).
Müdafiəçilər: Dani Karvahal (“Real”, İspaniya), Mats Hummels (“Borussiya”,
Dortmund, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Alexandro Qrimaldo
(“Bayer”, Almaniya).
Yarımmüdafiəçilər: Aleksandr Qolovin (“Monako”, Fransa), Luis Alberto
(“Latsio”, İtaliya), Duqlas Luis (“Aston Villa”, İngiltərə).
Hücumçular: Antuan Qrizmann (“Atletiko”, İspaniya), Xviça Kvaratsxeliya
(“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə).
Mənbə: gazzetta.it