eed21b20-b401-46ca-8a64-33dafda6fb15..jpg

Axtarışda olan 37 nəfər tutulub

Baxış sayı: 850 dəfə baxılıb.

Axtarışda olan 37 nəfər tutulub

Aprelin 21-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan
11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin
olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində
axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və
aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Source link