f53e1ac8-fa8d-4a84-821f-ceddd119d9c8.jpg

Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı

Baxış sayı: 314 dəfə baxılıb.

“İraqda silah yalnız dövlətin əlində olmalıdır”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İraqda nüfuzlu ruhani
liderlərindən olan ayətullah Əli Sistani BMT-nin nümayəndə heyəti ilə görüşdə
bəyan edib.

O, İsrailin Qəzza və Livandakı müharibəsi, bəzi İraq qruplarının İsrailə raket
və pilotsuz təyyarələrlə hücumları, həmçinin İranın İsrailin bu ölkəyə qarşı
son hava hücumuna cavab vermə ehtimalı ilə yaranan görünməmiş gərginlik fonunda
ölkəyə xarici müdaxilənin müxtəlif aspektlərinin qarşısının alınmasının
vacibliyini vurğulayıb.

Sistani, həmçinin, qanunun aliliyi, silahın yalnız dövlətin ixtiyarında olması
və bütün sahələrdə korrupsiya ilə mübarizənin zəruriliyini qeyd edib.

Source link