9162cd57-bb2c-4d76-b047-217343cd385a..jpg

“Ay Laçın” – doğma və kövrək duyğularla + VİDEO

Baxış sayı: 637 dəfə baxılıb.

“Ay Laçın” – doğma və kövrək duyğularla + VİDEO

“Ay Laçın” xalq mahnısı bu dəfə Laçın şəhəri günündə DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə
Ağamirovanın ifasında səslənir.

Öz bacarıq və istedadı ilə “Əlilik qüsur deyil” devizini bir daha təsdiqləyən
Rəvanə məlahətli səsi ilə doğma və kövrək duyğular aşılayan bu xalq mahnısına
yeni ruh, nəfəs bəxş edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həmin
mərkəz digər həssas qruplardan olanlar kimi, I dərəcə gözdən əlilliyi olan
Rəvanə Ağamirovanın da yaradıcı potensialının inkişafına və cəmiyyətə
tanıdılmasına mühüm dəstək verir.

Ötən il bu mərkəzə qəbul olunan Rəvanənin ifaçılıq qabiliyyətinin daha da
inkişaf etməsi üçün göstərilən səylər öz bəhrəsini verir, sənətdə uğurlu
addımlara imza atır.

Onun ifasında səslənərək sizə təqdim etdiyimiz “Ay Laçın” mahnısı da bunu
təsdiq edir.


Source link