790e5968-095e-46ee-8c46-14405b9fe1af..jpg

Aydın Mirzəzadə: “Avropa İttifaqı missiyasının vəzifəsi Azərbaycan haqqında kompromat toplamaqdır”

Baxış sayı: 973 dəfə baxılıb.

Aydın Mirzəzadə: “Avropa İttifaqı missiyasının vəzifəsi Azərbaycan haqqında
kompromat toplamaqdır”

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin
Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin
bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini
atəşə tutulub.

Avropa missiyasının gəlməsindən sonra Ermənistan daha da azğınlaşıb, çox ciddi
təxribatlara əl atmağa başlayıb. İrəvanın hazırkı davranışı onu göstərir ki,
Ermənistan sanki Avropa İttifaqı (Aİ) missiyasının “güc”ünü hiss edərək
Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən yeni təxribata əl atıb.
Təsadüfə bax ki, Aİ missiyası gəldikdən sonra artıq neçənci dəfədir Ermənistan
ənənəvi davranışlarını təkrarlayır. Hazırkı insidentə görə Aİ də birbaşa
məsuliyyət daşıyır.

Mövzu ilə əlaqədar Cixisyolu.com-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə
bildirib ki, Azərbaycan xalqının Novruz bayramını qeyd etdiyi bir dönəmdə
təxribat törədilməsi Ermənistan rəhbərliyinin bütün mənəvi dəyərlərdən uzaq
olduğunu nümayiş etdirir:

“Ermənistan təxribatları Azərbaycana psixoloji təzyiq etmək, Azərbaycanı
qorxutmaq məqsədi daşıyır. Ermənistan onsuz da yaxşı bilir ki, Azərbaycan
güclüdür, ona qalib gələ bilməyəcək. Amma alçaqlıq ondan ibarətdir ki, məhz
bayram günlərində atəşkəsi pozub kimisə yaralayıb, kimisə ölümünə səbəb
olsunlar. Onlar çirkin niyyətlərindən əl çəkmirlər.

Avropa missiyasına gəlincə, şübhəm yoxdur ki, onlar bu insidenti
görməyəcəklər. Bu insidentə münasibət bildirməyəcəklər. Onlar regiona
Ermənistanı müdafiə etmək üçün gəliblər. Onlar məsələlərə obyektiv qiymət
vermək üçün ora gəlməyiblər.

Elə olsaydı, artıq bəyanat verərdilər, Ermənistanı pisləyərdilər və yaxud da
missiyanı yerinə yetirməkdən imtina edərdilər. Amma biz bunu görmədik. Sübutlar
var, gözlərinin qarşısında baş verir”.

Deputat onu da əlavə edib ki, Aİ tərəfindən Azərbaycanın müraciətinə də hər
hansı bir cavab verilməyib:

“Biz ədalətsizliyi, ikili standartı görürük. Amma bütün bunlara baxmayaraq,
Azərbaycanın öz suverenliyini qorumaq üçün kifayət qədər gücü var. Ermənistanın
bu təxribatı cavabsız qalmayacaq.

Ermənilərə elə gəlir ki, əgər onlar missiya dəvət ediblərsə, arxalıdırlar. Öz
istədiklərini edə, Azərbaycan daxilinə diversiya qrupları göndərməyə və eyni
zamanda hər hansı bir silahlı insident yaratmağa cəhd edəcəklər. Avropa
missiyası isə gələndən bir dəfə də olsun Ermənistanın hərəkətinə qiymət
verməyib.

Bu onu göstərir ki, missiyanın vəzifəsi Azərbaycan haqqında kompromat
toplamaqdır. Ermənistanın etdiklərini Azərbaycanın adına yazmaqdır.

Amma yenə də Ermənistan bilməlidir ki, layiqli cəzalarını tez-gec alıblar və
alacaqlar”.

Könül Cəfərli

Source link