24a2c0e8-78a0-43d7-947c-113c58a28120..jpg

AYNA: “Parklanmaya görə nağd ödənişin tələb edilməsi tamamilə qanunsuzdur”

Baxış sayı: 697 dəfə baxılıb.

AYNA: “Parklanmaya görə nağd ödənişin tələb edilməsi tamamilə qanunsuzdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda parklanma yerlərində vətəndaşlardan nağd ödəniş tələb edilməsi
tamamilə qanunsuzdur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qurum bəzi hallarda sürücülərdən nağd ödəniş tələb edilməsi ilə bağlı
şikayətlərə münasibət bildrib və sürücülərə ödənişi yalnız nağdsız etməklə
bağlı çağırış edib.

“İki aydan çoxdur ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş yalnız
nağdsız qaydada, “AzParkinq” mobil tətbiqi və SMS vasitəsilə həyata keçirilir.
Artıq 181 minə yaxın insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 18 minə
yaxını insan isə balansını artırıb.

Oktyabrın 1-dən parklanma yerindən istifadə edərək ödəniş həyata keçirməyən
sürücülərin avtomobillərinə qarşı cərimə tətbiq edilir. Belə ki, parklanmaya
görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq
istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən
olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir.

Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir. Parklanma
yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın
yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının
təmin olunmasına xidmət edir”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu il iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin
parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə,
Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə
bölünüb. Hər saat üçün “Mərkəz”də 1,00 manat, I zonada 0,70 manat, II zonada
0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunur. Sonuncu IV zonada
isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftəsonu
və həftəiçi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsizdir.

Parklanma yerlərində ödənişlər nağdsız qaydada və 2 üsulla ödənilir. Onlardan
birincisi SMS vasitəsilə ödənişdir. Sürücü parklanmaya başladıqda avtomobilin
dövlət qeydiyyat nişanı, paklanma məntəqəsinin nömrəsini və parklanma yerini
SMS vasitəsi ilə 1181 nömrəsinə göndərməlidir. Parklanma başa çatdıqda isə
“SON” yazıb yenə 1181 nömrəsinə göndərməlidirlər.

İkinci ödəniş üsulu “Azparkinq”dir. Burada da ardıcıllıqla tələbləri yerinə
yetirməklə ödənişi uğurla icra etmək olur.

Həmçinin paytaxt sakinləri “Azparkinq” mobil əlavəsi vasitəsilə müraciət
edərək qeydiyyatda olduqları ərazidə 100 metr məsafədə ödənişsiz parklama
hüququ əldə edə bilərlər.

Source link