51405363-4d34-4aa6-a417-8a63f627d000..jpg

Ayxan Hacızadə İspaniyanın Azərbaycan əleyhinə mövqeyini pisləyib – FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

Ayxan Hacızadə İspaniyanın Azərbaycan əleyhinə mövqeyini pisləyib – FOTO

“Bir ölkənin öz ərazisində separatizmlə necə mübarizə apardığını, eyni zamanda
digər ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir”.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi
Ayxan Hacızadə özünün sosial şəbəkə səhifəsində yazıb.

“İspaniyanın Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış
qanunsuz separatçı rejimi təşviq etməsi qəbuledilməzdir. Biz bu
qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, – diplomat İspaniyanın
Rusiyadakı səfirliyinin ermənipərəst paylaşımına cavab verib.

Qeyd edək ki, bir müddət öncə İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı
erməni separatçılarına yardım edəcəyini açıqlamışdı.

It is strange to see a country to fight separatism in its territory while
supporting separatism in other countries. Promotion by Spain of an illegal
separatist regime created by 🇦🇲 in sovereign territory of 🇦🇿 is
unacceptable.

We strongly condemn this non-constructive approach. https://t.co/snBhUL0tUZ

— Aykhan Hajizada (@Aykhanh) August 14, 2023

Source link