Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb

Baxış sayı: 4. 498 dəfə baxılıb.

Bu gün yoldaşlıq görüşündə üz-üzə gələcək futbol üzrə Azərbaycan və Belarus milli komandalarının start heyətləri açıqlanıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov toplanışa cəlb etdiyi futbolçulardan ikisinin adını iştirak ərizəsinə daxil etməyib.

Bunlar Kiprin “Anartosis” klubunda çıxış edən yarımmüdafiəçi Araz Abdullayev və “Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadədir.

Start heyətində “Qarabağ”ın 3, “Sumqayıt” və “Neftçi”nin hərəyə 2, “Qəbələ”, “Keşlə” və “Kəpəz”in, eləcə də, Ukrayna “Aleksandriya”sının 1 futbolçusu yer alıb. Kapitan sarğısı isə Kamran Ağayevə həvalə olunub.

Komandaların heyətləri:

AZƏRBAYCAN: 1. Kamran Ağayev (K) 4. Pavel Paşayev 5. Maksim Medvedev 9. Namik Ələskərov 10. Ruslan Qurbanov 15. Ruslan Abışov 18. Coşqun Diniyev 19. Amil Yunanov 20. Riçard Almeyda 22. Şəhriyar Rəhimov 25. Cavid İmamverdiyev

Ehtiyat oyunçular:12. Rəşad Əzizli 23. Səlahət Ağayev 2. Qara Qarayev 6. Rahil Məmmədov 13. Dmitri Nazarov 16. Rəşad Eyubov 17. Rəhman Hacıyev 21. Tural Axundov 24. Ürfan Abbasov 26. Asif Məmmədov 28. Emin Mahmudov

Baş məşqçi: Qurban Qurbanov

BELARUS: 1. Aleksandr Qutor 2. Stanislav Draqun 3. Aleksandr Martınoviç (K) 4. İqor Şitov 6. Sergey Politeviç 8. Pavel Savitski 15. Sergey Kislyak 18. İvan Maevski 19. Maksim Volodko 20. Denis Laptev 22. İqor Staseviç

Ehtiyat oyunçular: 12. Pavel Pavlyuçenko 16. Andrey Qorbunov 5. Aleksey Qavriloviç 7. Yuri Kendış 9. Yuri Kovalyov 10. Anton Saroka 11. Renan Bressan 13. Maksim Skavış 14. Pavel Nexayçik 17. Mixail Sivakov 21. Oleq Veretilo 23. Sergey Matveyçik

Baş məşqçi: İqor Kriuşenko

Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq.

www.ÇıxışYolu.Com