a30ea14c-9a25-4122-a077-d77d4e55d916.jpg

Azərbaycanda orta aylıq əməkhaqqı 997 manat olub

Baxış sayı: 174 dəfə baxılıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan
işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8%
artaraq 997.1 manat təşkil edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta
fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də
nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha
yüksək olub.

Bu il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1
754.9 min nəfər olub, onlardan 878.3 min nəfəri iqtisadiyyatın dövlət
sektorunda, 876.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18.9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.2%-i
təhsil, 12.8%-i sənaye, 8.3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin
göstərilməsi, 6.9%-i tikinti, 6.4%-i dövlət idarəetməsi və müdafiə; sosial
təminat, 4.3%-i nəqliyyat və anbar təsərrüfatı, 3.8%-i peşə, elmi və texniki
fəaliyyət, 3.3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2 %-i
maliyyə və sığorta fəaliyyəti, 14.9%-i isə iqtisadiyyatın digər sahələrində
məşğul olublar.

Source link