Azərbaycanda övladlığa götürmə artıb

Azərbaycanda övladlığa götürmə artıb

Baxış sayı: 2. 932 dəfə baxılıb.

Ötən il Azərbaycanda 877 uşaq övladlığa götürülüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

2016-cı ilin analoji dövrü ilə müqayisədə övladlığa götürülmüş uşaqların sayı 13,5% artıb.

Ötən il 466 oğlan və 411 qız uşağı yeni ailəyə qovuşub. Bununla yanaşı, keçən illərlə müqayisədə, ailələrə verilmiş üç yaşına qədər uşaqların sayı 19,7%, 3-5 yaşlı uşaqların sayı 7,5%, 6-10 yaşlı uşaqların sayı 9,9%, və 11-17 yaşlı uşaqların sayı isə 7,3% (420, 172, 167 və 118 uşaq müvafiq olaraq) artıb.

Ötən il ərzində 28 azərbaycanlı uşaq əcnəbi cütlüklər tərəfindən övladlığa götürülüb.

Qeyd edək ki, hesabat ili ərzində azərbaycanlı hakimlər 58 nəfər uşağın övladlığa götürülməsi barədə rədd qərarı veriblər.

Əli Məmmədov
www.ÇıxışYolu.Com