Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

Baxış sayı: 2. 567 dəfə baxılıb.

Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı görüşdə deyib.

O bildirib ki, institutda müəyyən standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərəcək:

“Bu instititut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq və onların tərkibini təhlil edəcək. Həmçinin institut geni dəyişdirilmiş məhsulları araşdıracaq. Düşünürəm ki, bu bir çox zəhərlənmələrin qarşısını alacaq. Öhdəliyimizə düşən bütün tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq”.

.
www.ÇıxışYolu.Com