Azərbaycandan olan sahibkarlara qarşı kütləvi qətllər diasporu sarsıdıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sarıqrad” məlumat yayıb.
Xatırladaq ki, Moskvada azərbaycanlı iş adamı Anar Əliyev sui-qəsd qurbanı olub. Öldürülmüş biznesmenin fast-fud şəbəkələrindən birinin sahibi olduğu bildirilir.
Onun ölümü Azərbaycan əsilli biznesmenlər arasında ilk sui-qəsd hadisəsi deyil. Azərbaycanlı biznesmenlər bildirirlər ki, Moskvada onlara qarşı “ölüm-dirim müharibəsi elan olunub”.
Sentyabrın 18-də Biryulevo rayonunda Xarkov keçidində metal satışı ilə məşğul olan azərbaycanlı biznesmen Rəhman Əliyev güllələnib.
Yanvarın 28-də Azərbaycan vətəndaşı Mahir Rüstəmova yaxın məsafədən atəş edilib. Onun meyiti Slavyan bulvarı ərazisində tapılıb.
Fevralın 22-də isə Moskvanın Çertanov küçəsində qatil 42 yaşlı Anar Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobili atəşə tutub. Nəticədə sonuncu aldığı güllə yarasında dünyasını dəyişib.
“Mash” “Telegram” kanalı yazır ki, bəzi iddialara görə, bu yolla kriminal avtoritetlər nöqtələri öz aralarında bölüşdürməyə çalışır.