39aa6111-cb39-48e3-b0fa-2bcc04f18d5f..jpg

Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 804 dəfə baxılıb.

Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib –
YENİLƏNİB + VİDEO

Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti, Teatr Xadimləri
İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar
Teatr forumunun vaxtı dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Belə ki, forum 10-11 aprel tarixlərindən 11-12 aprel tarixlərinə keçirilib.

Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.

18:00

Azərpaşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azər Paşa Nemətovla vida mərasimi aprelin 10-da saat 12-də
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

17:45

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və
direktoru Azərpaşa Nemətov vəfat edib.

Bu barədə Cixisyolu.com-a Akademik Milli Dram Teatrından məlumat verilib.

Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

O, 1947-ci ildə Bakı şəhərində anadan olub. A.Nemətov Azərbaycan Dövlət
Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil
alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini
dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.
Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında
assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl
rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə
Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar
Teatrında rejissor və baş rejissor işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
quruluşçu rejissoru işləyib.1991 və 1996-cı illərdə isə Teatr Xadimləri
İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.
2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər
Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr
sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi,
2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə
“Şərəf” ordenlərinə layiq görülüb.


Source link