b1391e28-9836-474a-8b68-fe8493a24078..jpg

Azərbaycanəsilli müğənninin Moskva konserti də ləğv edildi

Baxış sayı: 673 dəfə baxılıb.

Azərbaycanəsilli müğənninin Moskva konserti də ləğv edildi

Daha çox Jah Khalib kimi məşhur olan azərbaycanəsilli hip-hop ifaçısı, repçi
Bəxtiyar Məmmədovun Rusiyanın Moskva şəhərində keçiriləcək konserti də ləğv
edilib.

Rusiyada fəaliyyət göstərən sənətçinin “Crocus City Hall”da konserti aprelin
23-də baş tutmalı idi.

Eyni zamanda, aprelin 17-də Rusiyanın Mədəniyyət Nazirliyindən Məmmədovun
Ukrayna Silahlı Qüvvələri ilə əlaqəsinin yoxlanılması tələb olunub.

Artıq tamaşaçılara biletlərin pulunu geri qaytarmağa söz veriblər.

Xatırladaq ki, ifaçının Sankt-Peterburq şəhərindəki “M-1 Arena” idman
kompleksində aprelin 25-nə planlaşdırılan konserti də ləğv edilib.

Jah Khalibin sosial şəbəkə hesablarında Ukrayna xalqına dəstək olaraq, “İndi
mən sizi nəinki sevirəm, həm də sizə heyranam” sözləri rusiyalıların etirazına
səbəb olub. Sosial şəbəkə istifadəçiləri Rusiyanın işğalı başlayandan sonra
Ukraynaya açıq dəstək verən Jah Khalibin konsertlərini ləğv etməyə çağırıblar.

Mənbə: “Mash” “Telegram”

Source link