af260f40-357a-4d83-9464-fd4ffbad70c0..jpg

Azərbaycan barədə sənədli filmin müəllifi Bettani Hyuz Şəkidən paylaşım etdi – FOTO

Baxış sayı: 901 dəfə baxılıb.

Azərbaycan barədə sənədli filmin müəllifi Bettani Hyuz Şəkidən paylaşım etdi –
FOTO

Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər
silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuz (Bettany Hughes)
Şəkidədir. Bu barədə o, özünün “Instagram” hesabından paylaşım edib.

“Sabahınız xeyir! Bu, gözəl xatirədir”, – deyə o bildirib.

Xatırladaq ki, Bettani Hyuz “BBC World News” telekanalında nümayiş olunan
“Azərbaycan möcüzələri”

ekran əsərinin müəllifidir. O, çəkilişlər üçün ötən ilin iyun ayında
Azərbaycana səfər etmişdi. İki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və
Şəkinin heyranedici tarixi, mədəni irs xəzinələri araşdırılıb və təqdim edilib.

“İpək Yolu” filmi Qobustan və Şəki, “Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya
həsr olunub.


Посмотреть эту публикацию в Instagram

Публикация от Bettany Hughes (@bettany_hughes)

Source link