56a9c298-b4ec-4f7c-a064-ad8fd0c0a3b6..jpg

Azərbaycan boksçusu Beynəlxalq Universitet İdman Festivalının finalına vəsiqə qazanıb – FOTO

Baxış sayı: 626 dəfə baxılıb.

Azərbaycan boksçusu Beynəlxalq Universitet İdman Festivalının finalına vəsiqə
qazanıb – FOTO

Azərbaycan boksçusu Tural Sarıyev Rusiyanın Yekaterinburq şəhərində keçirilən
Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.

Federasiyadan verilən məlumata görə, 51 kq çəkidə rinqə çıxan yığma üzvü
yarımfinalda Andrey Solovyovu (Rusiya) məğlub edib.

Sarıyev 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O,
həlledici görüşə avqustun 24-də çıxacaq.

Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) 1/2 finalda Anel
Kudayberqenlə (Qazaxıstan), Şəmsi Şahbazov (71 kq) Karlos Zarrameda (Venesuela)
ilə üz-üzə gəlib. Hər 2 qarşılaşmada rəqib finala yüksəldiyindən
təmsilçilərimiz bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan boksçularından Nicat Hüseynov (54 kq), Fərhad
Şeydayev (75 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) da
festivalda final üçün döyüşəcəklər.

Source link