de448f6a-a18c-49f8-93f9-19743957f4d8..jpg

Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun keçiriləcəyi məkan açıqlandı

Baxış sayı: 677 dəfə baxılıb.

Zaxarova Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu barədə DANIŞDI

“Azərbaycan və Ermənistan ikitərəfli danışıqların növbəti raundu ilə bağlı
təklifi qəbul ediblər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə
bildirib.

“Bizim bu ölkələr arasında sülh müqaviləsinin hazırlanmasında Azərbaycan
Respublikası və Ermənistan Respublikasına istənilən köməkliyi göstərmək
səylərimiz azalmır. Tərəflər ikitərəfli danışıqların növbəti raundunun
ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul etdilər. Hər şey nəhayət
razılaşdırıldıqda və bu məlumatı dərc edə biləcəyimiz zaman konkret tədbirlərin
tarixlərini açıqlayacağıq”, – Zaxarova qeyd edib.

Xatırladaq ki, Vətən müharibəsindən sonra tərəflər ali səviyyədə Moskvada,
Soçidə, Brüsseldə, Praqada, Münhendə görüşlər keçiriblər.

Source link