4c2b8b22-60f1-47f7-98d3-c0e17653a0a4..jpg

“Azərbaycan Ermənistanla sərhəddə buraxılış məntəqəsi yaradıb, məsələ bağlanıb” – UKRAYNADAN ŞƏRHLƏR

Baxış sayı: 865 dəfə baxılıb.

“Azərbaycan Ermənistanla sərhəddə buraxılış məntəqəsi yaradıb, məsələ
bağlanıb” – UKRAYNADAN ŞƏRHLƏR

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində İrəvan “bir addım irəli,
iki addım geri” taktikasına davam edir. ABŞ-də Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin dünənki danışıqları fonunda (ABŞ Dövlət katibi Antoni
Blinken bildirib ki, tərəflər “əhəmiyyətli irəliləyiş əldə ediblər”)
Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Xarici İşlər Nazirliyindən də
qeyd edildiyi kimi, yenə də cəfəng iddialar
səsləndirib. Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan isə Qarabağ,
Sünik (görünür, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu nəzərdə tutulur) və
Naxçıvanın Ermənistan əraziləri olduğunu məhkəmədə sübut etməyə söz verib.

Cixisyolu.com şərh üçün Krım Muxtar
Respublikasının və Sevastopolun keçmiş prokuroru, Ukrayna baş prokurorunun
keçmiş müaviniGündüz Məmmədova və tanınmış ukraynalı siyasi məsləhətçi, hüquq
elmləri namizədi (PhD), beynəlxalq hüquqşünasİrina Serovaya müraciət edib.

Gündüz Məmmədov bildirib ki, əgər Ermənistan-Azərbaycan münaqişəsinin sırf
hüquqi komponentindən danışılırsa, o zaman beynəlxalq hüququn prinsiplərindən,
müvafiq olaraq, beynəlxalq sənədlərdən çıxış edilməlidir.

“Söhbət ilk növbədə, 1991-ci il Alma-Ata Bəyannaməsindən gedir, o, SSRİ-nin
mövcudluğuna son qoydu, sonra MDB yarandı. Orada açıq şəkildə qeyd olunur ki,
sənədi imzalayan dövlətlər bəyannamənin bir-birinin ərazi bütövlüyünü və
sərhədlərin toxunulmazlığını tanıyan və hörmət edən prinsipləri ilə
razılaşırlar. Yəni tərəflər artıq o zaman de-fakto etiraf etmişdilər ki, onlar
bir-birlərinin sərhədlərini keçmiş İttifaqın tərkibində olduqları formatda
tanıyırlar.

Sonra BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı
qətnamələri gəlir. Bu qətnamələrdə Ermənistan Azərbaycanda işğal etdiyi bütün
əraziləri tərk etməyə, eyni zamanda, ATƏT çərçivəsində danışıqlarla sülh yolu
ilə nizamlanmaya çağırılır.

Daha sonra BMT Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət”lə bağlı 62/243 saylı qətnaməsindən danışmaq olar. Orada deyilir ki,
“heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni
vəziyyət kim tanımır, belə vəziyyətin qorunub-saxlanması üçün kömək və ya
yardım göstərmir”. Sənəd 39 səs “lehinə”, 7 “əleyhinə”, 100 “bitərəf” topladı,
46 səs iştirak etmədi.

Eyni zamanda, AŞPA-nın 1416 (2005) saylı qətnaməsini də xatırlatmaq yerinə
düşər ki, bu da BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin
icrasını tələb edir”.

Gündüz Məmmədov Azərbaycanın faktiki olaraq öz ərazi bütövlüyünü bərpa etmək
üçün tədbirlər gördüyünü və bunun heç bir ölkə tərəfindən pislənmədiyini
vurğulayıb.

Ara Papyanın iddialarına gəlincə isə o, Ukrayna ilə paralel aparıb:

“Onda vəziyyət hipotetik olaraq belə görünür: Ukrayna Xerson vilayətinin bir
hissəsinə nəzarəti bərpa edib (nümunə kimi), Rusiya isə bu məsələ ilə bağlı
beynəlxalq məhkəmələrdə iddialar qaldırır”.

Politoloq İrina Serova Ermənistanın məhkəmə iddiasının çoxlu suallar
doğurduğunu bildirib:

“Hansı məhkəmələrə müraciət etməyə hazırlaşırlar? Bunlar boş söhbətlərdir,
yoxsa konkret fəaliyyətlər olacaq? Bundan başqa, hansı faktlara və dəlillərə
əsaslanaraq müraciətlərini əsaslandıracaqlar? Bu daha çox (erməni tərəfinin –
red.) kütləyə yönəlmiş siyasi bəyanatına bənzəyir. Amma təlimat ancaq bir
cəbhədən gəlir – yəni Rusiya Federasiyasından.

Bəs apriori hansı məhkəmələrə müraciət edə bilərlər? Avropa İnsan Hüquqları
Məhkəməsinə? Bu onun yurisdiksiyasında deyil. BMT-nin Beynəlxalq Məhkəməsi? Bu
da o deyil”.

Beynəlxalq hüquqşünas vəziyyəti Vladimir Vısotskinin mahnısındakı beytlə izah
edib: “Cavab verməsəniz, “Sportloto”ya şikayət edəcəyik (mahnıda söhbət ruhi
xəstəxanada olan pasiyentlərdən gedir – red.)”.

“Azərbaycan artıq Ermənistanla şərti sərhəddə, Laçın yolunda sərhəd-buraxılış
məntəqəsi yaradıb. Deməli, məsələ bağlanıb”, – İrina Serova sözlərini
yekunlaşdırıb.

Nair Əliyev

Source link