a02827cb-1c84-4854-bd91-f7bff8ce0880..jpg

Azərbaycan Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub

Baxış sayı: 924 dəfə baxılıb.

Azərbaycan Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi qurub

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə,
silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının
qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli
qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət
buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin
suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə
Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Source link