a6f1c2c3-e7ba-4b05-920b-0e14487d7876..jpg

Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub

Baxış sayı: 702 dəfə baxılıb.

Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub.

“Report” xəbər verir ki, Həştərxanda “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizi – yeni konsepsiya” beynəlxalq forumu keçirilir.

Forumda Azərbaycanla yanaşı, Türkmənistan, İran, Qazaxıstan, Rusiya, eləcə də
Belarus, Özbəkistan, Hindistan, Pakistan, BƏƏ və digər ölkələrdən olan 150-dən
çox şirkətin nümayəndələri nəqliyyat-logistika sahəsində əməkdaşlığın
perspektivləri, ilk növbədə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND)
reallaşdırılması ilə əlaqəli olan əməli məsələlərdən danışıblar.

Bu gün keçirilən dörd sessiyada ekspertlər yeni bazarlar, mal dövriyyəsi və
tranzitin təmin edilməsi üzrə təşkilatların təkliflərini, eləcə də
“Şimal-Cənub” nəqliyyat dəhlizinin yeni konsepsiyasını müzakirə ediblər.
Şirkətlər investisiya sazişləri imzalayıblar.

Oktyabrın 26-da iştirakçılar regional müəssisələrlə tanış olacaqlar, Həştərxan
limanlarını və “Lotos” Xüsusi İqtisadi Zonanı ziyarət edəcəklər.

Forumda “Şimal-Cənub” BND və Hind okeanı boyunca yerləşən dövlət və biznes
strukturlarının nümayəndələri, ixrac-idxal şirkətləri, neft məhsulları, kimya,
gübrə, kömür, metallar, avadanlıq, taxta-şalban, taxıl, qida məhsulları
istehsalçıları, bank və maliyyə strukturları, logistik şirkətlər və Şərqin və
qlobal Cənubun yeni bazarlarına satışların və yük daşımalarının artırılmasında
maraqlı olan hər kəs iştirak edir.

Tədbir Həştərxan vilayəti hökuməti, “RusİranEkspo”, “Şimal-Cənub” Xəzər
beynəlxalq inteqrasiya klubunun dəstəyi ilə keçirilir.

Source link