3314d7b8-7558-41b5-9a33-0dd84a6e5ff4..jpg

Azərbaycan-İspaniya münasibətləri niyə vacibdir? – VİDEO

Baxış sayı: 1. 218 dəfə baxılıb.

Azərbaycan-İspaniya münasibətləri niyə vacibdir? – VİDEO

“Azərbaycan İspaniya Krallığı ilə münasibətlərə və əməkdaşlığa fayda verən
hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır”.

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov yaydığı
videomüraciətdə bildirib.

“Azərbaycan İspaniyanı dünyanın ən inkişaf etmiş və qabaqcıl ölkələrindən biri
olmaqla yanaşı, iqtisadiyyatı və sosial inkişafının iddialı vəzifələrinin
həyata keçirilməsində, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla
əlaqələrinin və əməkdaşlığının gücləndirilməsində mühüm potensial tərəfdaş kimi
qəbul edir.

İspaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri
idi. Azərbaycan İspaniya ilə diplomatik münasibətlərini 1992-ci ildə qurdu.

Hazırda İspaniya şirkətləri nəqliyyat və infrastruktur, logistika, İKT, kənd
təsərrüfatı və qida, maliyyə, kimya və neft-kimya sektoru və turizm sektoru
kimi sahələrin inkişafında iştirak edirlər”, – deyə o bildirib.


Source link