2189b74d-0ec7-440c-861d-e815d5da3e84..jpg

Azərbaycan könüllüsü Türkiyə prezidenti tərəfindən təltif olunub – FOTO

Baxış sayı: 736 dəfə baxılıb.

Azərbaycan könüllüsü Türkiyə prezidenti tərəfindən təltif olunub – FOTO

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək vermiş Azərbaycan
könüllüsü, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Könüllü Təşkilatları
İttifaqının nümayəndəsi Ayxan Allahverdiyev Türkiyə Respublikasının yüksək
mükafatına layiq görülüb.

Ankarada keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan Ayxan Allahverdiyevə “Türkiyə Respublikası Dövlət Üstün Fədakarlıq
Medalı”nı təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan
Azərbaycan könüllüləri Türkiyədə bir ay ərzində onminlərlə zərərçəkmiş şəxsə öz
kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetiriblər.

Ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq qardaş
ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan gənclərinin həm müddət,
həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım
istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb.
Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına,
dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək,
zəlzələdən zərərçəkənlərin köməyinə çatıblar. Azərbaycan gənclərinin
Türkiyədəki bu nəcib fəaliyyəti və Azərbaycan könüllüsünün qardaş dövlətin
başçısı tərəfindən təltif edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti
təzahürüdür.

Source link