1db492e9-6788-4c37-adfb-b64781193d70..jpg

Azərbaycan Kuboku: “Neftçi” son dəqiqə qolları ilə tarixində 11-ci dəfə finala yüksəldi – FOTO/VİDEO

Baxış sayı: 675 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Neftçi” son dəqiqə qolları ilə tarixində 11-ci dəfə finala
yüksəldi – FOTO/VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

“Report”un məlumatına görə, yarımfinal mərhələsində “Turan Tovuz”u üstələyən
“Neftçi” tarixində 11-ci dəfə həlledici görüşdə iştirak hüququ əldə edib.

Bir həftə əvvəl Tovuzda 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” doğma
azarkeşləri önündə keçirdiyi cavab matçının son dəqiqələrində vurduğu iki
cavabsız qol sayəsində qələbə qazanaraq finala adlayıb.

Paytaxt təmsilçisi görüşün ilk dəqiqələrində rəqibin qapısına yol tapsa da,
VAR-ın müdaxiləsindən sonra qol hesaba alınmayıb. Bakılıların birinci hissədəki
cəhdləri nəticə verməyib. Tovuz təmsilçisi son dəqiqələrə qədər rəqibin
təzyiqinə tab gətirməyi bacarıb. Hətta “Neftçi”nin daha bir qolu baş hakimin
epizoda VAR-da baxmasından sonra ləğv edilib.

Buna baxmayaraq, paytaxt klubu matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki
dəfə fərqlənib. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsini dəqiq
yerinə yetirib. Beş dəqiqə sonra isə Kenni Sayef “Neftçi”ni finala daşıyan qola
imza atıb.

Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq “Səbail” – “Qəbələ”
görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində eyniadlı
komanda 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da
təşkil olunacaq.
Daha çox şəkil burada: PhotoStock.az


Source link