9aaaf915-e1d7-4388-927f-7c1e31328de6..jpg

Azərbaycan Kuboku: “Qəbələ” geridönüş etməklə finala yaxınlaşdı

Baxış sayı: 983 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Qəbələ” geridönüş etməklə finala yaxınlaşdı

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib/

Cixisyolu.com xəbər verir ki, ilk matçda “Qəbələ” “Səbail”i qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən matçda meydan sahibləri 3:2 hesablı qələbə
qazanıblar. Qarşılaşmanın ilk 20 dəqiqəsində paytaxt klubu iki topluq üstünlük
qazansa da, bunu qoruya bilməyib.

Hissənin sonuna qədər “Qəbələ” fərqi azaldıb. “Qırmızı-qaralar” ikinci yarıda
daha iki qol vuraraq, geridönüşlə qələbə qazanıblar.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” “Turan
Tovuz”un qonağı olacaq.

Source link