626ad333-21f9-4fe3-855d-1db863863bd4..jpg

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə türkiyəli həmkarı arasında telefon danışığı olub

Baxış sayı: 574 dəfə baxılıb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə türkiyəli həmkarı arasında telefon
danışığı olub

Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon
danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal
xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.

Qardaş ölkə Türkiyənin, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında
olduğu xüsusi vurğulanıb.

Source link