cdcdc014-2459-48ec-99f8-9f8736b5355a..jpg

“Azərbaycan özünün suveren ərazilərini qorumalıdır və bu beynəlxalq normaların tələbidir” – RƏY + FOTO

Baxış sayı: 773 dəfə baxılıb.

“Azərbaycan özünün suveren ərazilərini qorumalıdır və bu beynəlxalq normaların
tələbidir” – RƏY + FOTO

“Laçın-Xankəndi yolunun Ermənistana birləşən hissəsində DSX-nin nəzarət
postunun yaradılması çoxdan lazımlı vacib məsələ idi. Çünki, Azərbaycan özünün
suveren ərazilərini qorumalıdır və bu beynəlxalq normaların tələbidir”.

Bu sözləri Cixisyolu.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, həmin yolun başlanğıcında “Siz Azərbaycanın ərazisinə daxil
olursunuz. Ölkənin qanunlarına riayət etməyiniz xahiş olunur!” yazısı da
qoyulmalıdır:

“Laçın-Xankəndi yoluna daxil olan hər kəs özünü Azərbaycanın suveren ərazisinə
daxil olduğunu hiss etməlidir. Belə olmasa, ermənilərin özbaşınalıqları davam
edəcəkdir. Laçın-Xankəndi yolunda aksiyalar başlayana qədər Ermənistan
separatçılara minalar, silah-sursat və canlı qüvvə daşıyırdı. Bu da 2021-ci
ildə buraxılmış minaların yenidən basdırılaraq terror hadisələrin davam
etməsinə və hərbçilərimizin və vətəndaşlarımızın xəsarət almasına yol açırdı.
Həm də 10 Noyabr Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlıların müvəqqəti
yerləşməsi ilə paralel olaraq Ermənistan öz hərbçilərini Azərbaycanın
ərazilərindən çıxartmalı olduğu halda onlar isə əksinə kontingentin sayını
çoxaldaraq, 10 mindən çox nəfərə çatdırdılar. Bu da Azərbaycanın ərazisi
daxilində yeni hərbi gücün formlaşmasına şərait yaratmış və hər zaman təhlükə
mənbəyinə çevirmişdi. Həm də yolda nəzarət olmayanda Ermənistan Qarabağdan
yeraltı sərvətləri talayıb aparırdılar. Bu müddətdə sülhməramlılara,
Ermənistana, Birgə Monitorinq Mərkəzinə dəfələrlə xəbərdarlıqlar olunmuşdu.
Amma bütün narahatlıqlarımız cavabsız qalırdı. Nəzarət postumuzun yaradılması
ilə hərbi təyinatlı yüklərin daşınması və qeyri-qanuni fəaliyyətlərin davam
etdirilməsi mümkün olmayacaqdır. Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı
altına keçmək və qanunlarımızdan yararlanaraq öz gələcəklərini qurmalıdırlar.
Bu proses nə qədər tez baş tutarsa, onlar separatçıların əsarətindən də bir o
qədər tez xilas olunaraq, müstəqil ölkənin xoşbəxt vətəndaşları kimi yaşaya
biləcəklər”.

Qeyd edək ki, Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada
Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış
məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren
ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi qurulub.

Aysel Aslan

Source link